Arne Slot hansı klubu Avropanın ən güclüsü hesab edir?

05.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyunu öncəsi Avropanın hansı komandasını ən yaxşı hesab etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə  Liverpool.com-a danışıb:

"Məncə, hazırda Avropanın ən yaxşı komandası hələ də "Real"dır. Onlar keçən mövsüm Çempionlar Liqasını qazanıblar. Düşünürəm ki, ən yaxşı komanda olduğunu söyləmək üçün əvvəlcə bu turnirdə qalib gəlməlisən".

Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"un son illərdə Avropanın ən yaxşı komandalarından biri olduğunu bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью