Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”

14.02.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə mətbuatına bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis "Vulverhempton"da çıxış edən Mateus Kunyanın kluba transferi barəsində fikirlərini bildirib:

"Matheus Kunha səviyyəli bir oyunçudur. O, İngiltərənin ən güclü beş klubundan birində çıxış edə biləcək bir futbolçudur. Niderland çempionatında 17-ci pillədə qərarlaşan bir komandanın heyətində PSV, "Ayaks" və ya "Feyenoord" kimi klublarda oynaya biləcək oyunçunu görə bilməzsiniz. Buna görə də Niderland çempionatında 17-ci yerdə olan komanda ilə Premyer Liqada eyni mövqedə qərarlaşan bir komandanın qarşısında oynamaq arasında böyük bir fərq var".

Baş məşqçi dünən "Everton"la oyunun (2:2) son dəqiqələrdə aldığı qırmızı kart haqqında da danışıb:

“Everton" görüşünün sonunda hisslərimə hakim ola bilmədim. İndi geriyə baxanda hər şeyi fərqli edərdim. Gələcəkdə buna bənzər bir vəziyyətdə daha fərqli davranmağa çalışacağam".

41 yaşlı futbolçu 1 il daha Fransa klubunda  Ərəblərdən etirazlara səbəb olacaq növbəti qərar Musiala 5 il daha "Bavariya"da Cekodan fədakarlıq: Əli sınsa da... "Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью