Arne Slot İngiltərənin ən yaxşısı seçildi

28.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un çalışdırıcısı Arne Sloth İngiltərədə mövsümün ən yaxşı məşqçisi seçilib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə Məşqçilər Assosiasiyası məlumat yayıb.

Slot Məşqçilər Assosiasiyası (LMA) tərəfindən təqdim edilən Ser Aleks Ferqyuson mükafatını qazanıb. Təşkilat İngiltərənin 4 ən yaxşı liqasından, eləcə də İngiltərə milli komandalarından olan məşqçiləri təmsil edir.

Slot komandasındakı ilk mösümündə bu mükafatı qazanan ilk mütəxəssisdir.

Qeyd edək ki, "Liverpul" 2024/25 mövsümündə Slotun rəhbərliyi altında İngiltərə çempionu olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью