Arne Slot: “İsak öz səviyyəsinə yaxınlaşır”

17.10.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Liverpul”un baş məşqçisi Arne Slot “Enfild”ə keçidindən sonra mübarizə aparan 26 yaşlı isveçli hücumçu Aleksandr İsakın fiziki durumundan danışıb.

İdman.Biz bildirir ki, İsak 2025-ci ilin sentyabrında 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a keçib.

“O, artıq 5-6 həftəlik mövsümöncəsi məşq edib, bu, istənilən oyunçu üçün normaldır, xüsusən İsakın “Nyukasl”da tam mövsümöncəsi məşq etmədiyini nəzərə alsaq. Fiziki cəhətdən indi o, öz səviyyəsinə yaxındır və biz artıq onun performansını ədalətli qiymətləndirə bilərik. Aleksandr bir neçə oyun keçirib, 70, 80 və 90 dəqiqə. Yaxın həftələt ərzində necə oynadığını görəcəyik”, - Slot deyib.

Futbolçu bu mövsüm klubun heyətində bütün turnirlərdə altı oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью