Arne Slot məhsuldar bərabərliyi belə şərh etdi

20.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasının (İPL) 29-cu turundan irəli çəkilən oyunda qonaq qismində "Aston Villa" ilə 2:2 hesablı heç-heçə edən "Liverpul"un baş məşqçisi Arne Slot oyun matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, 2 xal itirdik. Heç-heçədən yalnız bir məqama görə razı qala bilərik: rəqib son dəqiqələrdə əla qol fürsətini qaçırdı. Bu, onların üçüncü qol şansı idi. Bundan başqa, şad olacağımız nəsə yoxdur. Fasiləyə 1:2 hesablı yenilgi ilə yollanmağı haqq etdiyimizi düşünmürəm. Amma futbolda belə də olur".

Xatırladaq ki, 26 oyuna 61 xal toplayan "Liverpul" hazırda  İPL-in turnir cədvəlinə başçılıq edir.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью