Arne Slot: ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi

29.01.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Qarabağ" bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi.

BAKU.WS xəbər verir ki, bunu "Liverpul" klubunun baş məşqçisi Arne Slot "Qarabağ" komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir",-deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Liverpulda "Enfild" stadionunda təşkil olunan qarşılaşma "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran "Qarabağ" növbəti raunda vəsiqə qazanıb. Bununla da "köhlən atlar" Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью