Arne Slot Salahdan əlini üzməyib: O, bizim üçün çox xüsusi işlər görüb

05.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın misirli ulduzu Məhəmməd Salahın cari mövsümün sonunda "qırmızılar"dan ayrılmayacağına ümid edir.

Fanat.Az xəbər verir ki, "Goal" niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Salah hər dəfə şansından faydalanaraq qol vurur. Ümid edirik ki, Mo hələ komandada bu ruhla hələ uzun müddət oynayacaq. O, bizim üçün çox xüsusi işlər görüb".

Xatırladaq ki, cari mövsüm mersisaydlıların forması ilə bütün turnirlərdə 21 matça çıxan Salah 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Liverpul" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Daha öncə cinah hücumçusu "Liverpul"dan yeni anlaşma təklifi almadığını bildirib.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью