Arne Slotun Liverpul dan alacağı təzminatın məbləği müəyyənləşib

01.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Liverpul"dan qovulan Arne Slotun alacağı təzminatın məbləği müəyyənləşib. Sport24.az "De Telegraaf"a istinadən xəbər verir ki, ingilis klubu niderlandlı mütəxəssisə 8 milyon avro ödəyəcək.

Slotun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər idi. 47 yaşlı məşqçi 2024-cü ilin yayında "mersisaydlılar"ın "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında komanda 113 oyun keçirib, 66 qələbə, 18 heç-heçə və 29 məğlubiyyət qeydə alıb.

2025/26 mövsümünün sonunda "Liverpul" Premyer Liqada beşinci yeri tutub.

Qeyd edək ki, İngiltərə təmsilçisinin yeni baş məşqçisinin adı hələ açıqlanmayıb. Yayılan söz-söhbətlərə görə, "Bornmut"un çalışdırcısı Andoni İraola "qırmızılar"ın yeni baş məşqçisi olacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью