Arnold Ruutel vəfat edib AZƏRTAC

01.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 yanvar, AZƏRTAC

Estoniyanın sabiq prezidenti Arnold Ruutel vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya mətbuat məlumat yayıb. Arnold Ruutel dekabrın 31-də axşam saatlarında 97 yaşında vəfat edib.

Bildirilib ki, sabiq prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Arnold Ruutel 2001-2006-cı illərdə Estoniya Prezidenti vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью