Arnold Şvartsenegger orkestrə dirijorluq etdi KONKRET

23.09.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Hollivud ulduzu Arnold Şvartsenegger yenidən Oktoberfestdə orkestr qarşısında dirijor kimi çıxış edib.

KONKRET.az xəbər verir ki, 79 yaşlı aktyor dünyanın ən böyük pivə festivalına oğlu Kristofer və sevgilisi Hizer Milliqanla birlikdə qatılıb. Ötən il olduğu kimi, bu dəfə də Avstriya əsilli

Şvartsenegger Bavariyadakı festivalın Marstall çadırında orkestrə dirijorluq edib. Məşhur aktyor dirijor çubuqları əvəzinə iki baraban çubuğundan istifadə edib.

“Terminator” filminin ulduzu Oktoberfestə artıq bir neçə dəfə qatılıb. O, doğulduğu Avstriyaya və qonşu Bavariyaya tez-tez səfər edir.

Şvartsenegger 2024-cü ildə Almaniyaya səfəri zamanı Münhen hava limanında gömrük əməkdaşları tərəfindən bir neçə saat saxlanılmışdı. Səbəb onun ölkəyə bahalı saatla daxil olması idi. Sonradan məlum olmuşdu ki, saat xeyriyyə tədbiri çərçivəsində keçiriləcək hərrac üçün nəzərdə tutulub.

Bu il Bavariyanın ən böyük bayramı 20 sentyabrda başlayıb və oktyabrın 5-də başa çatacaq.

Dünyanın ən böyük pivə festivalı olan Oktoberfest hər il 6 milyona qədər ziyarətçi qəbul edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью