Arnoldun zədələnməsi Frimponqa yol açdı

17.03.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Mətbuat uzun müddətdir ki, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldu Madrid “Real”ı ilə əlaqələndirir.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı futbolçunun cari mövsümün sonunda azad agent kimi “kral klubu”na keçəcəyi gözlənilir.

“TodoFichajes”in məlumatına görə isə “Los Blankos” Trentin son zədəsindən narahatdır. Son illərdə müdafiə xəttində kadr çatışmazlığı yaşadığını bildirən Madrid komandası bütün riskləri dəyərləndirəcək.

Eyni mənbə “Real”ın müdafiənin sağına “Bayer”in 24 yaşlı futbolçusu Ceremi Frimponqu transfer edə biləcəyini bildirib. Bu keçid isə madridlilərə 40 milyon avroya başa gələ bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью