Arşakyan: Kilsəyə qarşı proseslər onun xeyrinədir | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Erməni Apostol Kilsəsi ətrafında gedən proseslər kilsəyə qarşı deyil, əksinə onun xeyrinə həyata keçirilir.Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin vitse-spikeri Akop Arşakyan bildirib.“Bu addımlar kilsənin, onun şərəfinin və erməni xalqı üçün normal fəaliyyət göstərən bir kilsənin xeyrinədir.
Bu proseslər məhz buna xidmət edəcək",- o qeyd edib.Vitse-spiker əlavə edib ki, mənəviyyat haqqında danışmaq istəyənlər əvvəlcə öz əməllərinə diqqət yetirməlidirlər.“Mənəviyyat barədə yalnız andlarına sadiq olanlar danışa bilər", - Arşakyan vurğulayıb.Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin övladının olduğunu iddia edib və baş keşişi “subaylıq andı”nı pozmaqda ittiham edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu