Arsen Ağcabəyov: Qarabağla eyni gücdə deyilik

18.12.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Qış fasiləsinə qədər son iki oyunumuzdan maksimum nəticə əldə etməyi hədəfləyirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Arsen Ağcabəyov deyib.

Müdafiəçi sabah qarşılaşacaqları "Qarabağ"la oyun barədə də fikirlərini bölüşüb: "Qarabağ"la oyunlar hər zaman çətin olur, onlarla eyni gücdə deyilik. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq. Son oyunlarda çox itkilər yaşadıq, komandadan ayrılanlar da oldu. Qış fasiləsindən sonra heyətimizi gücləndirərək daha yaxşı olacağımıza inanıram".

Qeyd edək ki, sabah Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış matçda "Şamaxı" "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью