futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Arsenal”ın sabiq baş məşqçisi, hazırda FIFA-nın futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışan Arsen Venger Bakıya gəlib.
Futbolpress.az xəbər verir ki, funksioner axşam saatların Heydər Əliyev adına Hava Limanına eniş edib. Venger Bakıda keçiriləcək U-15 dünya çempionatı və futbol festivalı üçün Azərbaycana gəlib.
Tarixdə ilk dəfə keçiriləcək yarışın oyunları oktyabrın 24-də start götürəcək və 30-dək davam edəcək.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.