sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger müasir futbolda ən çox sevdiyi dörd futbolçunun adını çəkib. Sport24.az xəbər verir ki, tanınmış fransız mütəxəssis bu barədə "Give me Sport"a açıqlama verib:
"Hazırda oyununu izləməyi ən çox sevdiyim futbolçular kimlərdir? Bunlar Vinisius Junior, Kilian Mbappe, Koul Palmer və Məhəmməd Salahdır".
Qeyd edək ki, Venger 1996-2018-ci illərdə "London klubunun baş məşqçi olub. Onun rəhbərliyi altında "topçular" 3 dəfə İngiltərə çempionluğunu qazanıb.