“Arsenal” 14 illik həsrətə son qoydu

02.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşmasında "Arsenal" səfərdə "Liverpul"un qonağı olub. Böyük gərginliklə keçən matç London təmsilçisinin 1:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada yeganə və qələbə qolunu 16-cı dəqiqədə Deklan Raysın asistentliyi ilə Kay Havertz torla görüşdürüb. Bu qələbə "topçular" üçün xüsusi tarixi əhəmiyyət kəsb edir; belə ki, "Arsenal" 2012-ci ildən bu yana ilk dəfə Premyer Liqa çərçivəsində "Anfild" stadionunda "Liverpul"u məğlub etməyi bacarıb.

Mikel Artetanın yetirmələri əsas rəqiblərindən olan "Mançester Siti"nin xal itirdiyi turda bu imkandan maksimum yararlanaraq 3 xalı aktivinə yazdırıblar. Bu zəfərlə "Arsenal" çempionluq yarışında raqiblərini geridə qoyaraq turnir cədvəlinin birbaşa vahid liderliyinə yüksəlib. Pepperoni pizza

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью