Arsenal 20 yaşlı hücumçunu transfer etmək istəyir

21.04.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Lans"ın hücumçusu Rayan Fofana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TEAMtalk" məlumat yayıb.

London klubunun baş məşqçisi Mikel Arteta Fofananı komandasında görmək istəyir. Fransa klubu 20 yaşlı forvardı 40-45 milyon avroya satmağa hazırdır.

Gənc oyunçu ilə "Çelsi", "Barselona" və "Real" da maraqlanır.

Qeyd edək ki, Rayan Fofana 2021-ci ilin yayında "Lans"ın akademiyasına qoşulub. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью