Arsenal 3 futbolçusunu satmaq istəyir

11.08.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Arsenal" yay "transfer pəncərəsi"nin qarşıdakı günlərində üç transfer edə bilər. Sport24.az "TeamTALK"-a istinadən xəbər verir ki, "topçular" hələ də mərkəz müdafiəçisi, sol cinah oyunçusu və büdcə imkan verərsə, hücumçu transfer etmək niyyətindədir.

"Arsenal"dan ayrılmağa yaxın olan oyunçulara gəldikdə isə, bu siyahıya "Vest Hem"in maraq göstərdiyi cinah müdafiəçisi Reiss Nelson daxildir. London təmsilçisi oyunçunu icarəyə göndərmək əvəzinə, birdəfəlik satmaq istəyir.

London klubunun satmağı planlaşdırdığı digər iki namizəd braziliyalı Qabriel Jesus və Qabriel Martinellidir. "Napoli" birinci ilə maraqlanır. Martinelli ilə isə"Qalatasaray"ın maraq dairəsindədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью