Arsenal 6 futbolçusunu satacaq

03.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

London "Arsenal"ı qarşıdan gələn qış transfer pəncərəsində 6 futbolçu ilə vidalaşmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Premyer Liqa təmsilçisi Aleksandr Zinçenko, Yakub Kivyor, Qabriel Jesus, Albert Sambi-Lokonqa, Ris Nelson və Noona Tavaresi ilə yolları ayırmaq qərarına gəlib. 

Hazırda Albert icarə əsasında "Sevilya"da, Ris "Fulhem"də, Noona isə "Latsio"da çıxış edir. 

"Arsenal" rəhbərliyi düşünür ki, klub sözügedən oyunçuları sataraq komandaya daha çox fayda verəcək futbolçular almalıdır. 

Qeyd edək ki, "Arsenal" indi Premyer Liqanın turnir cədvəlində 25 xalla 2-cidir. Komanda lider "Liverpul"dan 9 xal geri qalır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью