Arsenal 6 futbolçusunu satacaq

03.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

London "Arsenal"ı qarşıdan gələn qış transfer pəncərəsində 6 futbolçu ilə vidalaşmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Premyer Liqa təmsilçisi Aleksandr Zinçenko, Yakub Kivyor, Qabriel Jesus, Albert Sambi-Lokonqa, Ris Nelson və Nunu Tavaresi ilə yolları ayırmaq qərarına gəlib. 

Hazırda Albert icarə əsasında "Sevilya"da, Ris "Fulhem"də, Nunu isə "Latsio"da çıxış edir. 

"Arsenal" rəhbərliyi düşünür ki, klub sözügedən oyunçuları sataraq komandaya daha çox fayda verəcək futbolçular almalıdır. 

Qeyd edək ki, "Arsenal" indi Premyer Liqanın turnir cədvəlində 25 xalla 2-cidir. Komanda lider "Liverpul"dan 9 xal geri qalır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью