“Arsenal” 80 milyon avroluq argentinalı istedad üçün hərəkətə keçib

27.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Arsenal” klubu İtaliyanın “Komo” komandasının hücumameyilli yarımmüdafiəçisi Niko Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir.

İdman.Biz xəbər verir ki, London təmsilçisinin rəhbərliyi artıq bir müddətdir 22 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayır.

Transferi mürəkkəbləşdirən əsas amil “Real Madrid”in argentinalı futbolçunu geri almaq hüququna malik olmasıdır. Lakin yarımmüdafiəçi kifayət qədər oyun vaxtı qazana bilməyəcəyindən ehtiyat etdiyi üçün Madrid klubuna qayıtmaq istəmir.

Pasın “Komo”nun heyətində uğurlu çıxışı gələn yay onun transferi uğrunda ciddi rəqabətə səbəb ola bilər.

Qeyd edək ki, “Transfermarkt” portalı argentinalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью