Arsenal Aleks Skott uğrunda mübarizəyə qoşulub

12.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Arsenal" "Bornmut"un və İngiltərə yığmasının yarımmüdafiəçisi Aleks Skottu heyətinə qatmaq uğrunda mübarizədə "Liverpul" və ""Çelsi"yə qoşulub. Sport24.az xəbər verir ki, bu barədə "The i" portalı məlumat yayıb.

Hər üç klub qış "transfer pəncərəsi" dövründə 23 yaşlı futbolçunun keçidi ilə bağlı mümkün sövdələşmənin şərtlərini öyrənmək üçün "Bornmut"a müraciət edib.

Skott ötən yay hazırkı klubunun müqavilə müddətinin uzadılması ilə bağlı iki təklifini rədd edib. Onun hazırkı sözləşməsi isə 18 aydan sonra başa çatır. "Bornmut" futbolçunu qışda satmağa həvəsli deyil. Lakin 120 milyon avrodan yüksək təklifləri nəzərdən keçirməyə hazırdır. Klub onun transferi üçün "Bristol Siti"yə ödənilən 30 milyon avronu, eləcə də keçmiş klubuna çatacaq 20%-lik növbəti satış payını (sell-on clause) nəzərə alır.

Qeyd edək ki, Skott 2026/27 mövsümündə 6 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью