“Arsenal” Aleksander Arnold üçün 80 milyona qədər ödəyə bilər

27.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İngiltərənin “Arsenal” futbol klubu heyətini Trent Aleksander-Arnoldla gücləndirmək istəyir.

İdman.Biz “Sport1”ə istinadən xəbər verir ki, London təmsilçisi “Real”ın 27 yaşlı müdafiəçisini potensial transfer hədəfləri sırasına daxil edib. “Arsenal”ın sağ cinah müdafiəsində Ben Uaytın təkrarlanan zədə problemlərinə görə yeni variant axtardığı bildirilir.

Madrid klubu qış transfer pəncərəsində Aleksander-Arnoldla bağlı təklifləri nəzərdən keçirməyi planlaşdırmır. Bununla belə, “Real” gələcəkdə futbolçunun satışı ilə bağlı mövqeyini dəyişərsə, transfer üçün təxminən 70-80 milyon avro (təxminən 158 milyon AZN) tələb edə bilər.

İngiltərə millisinin üzvü 2025-ci ildə “Liverpul”dan “Real”a keçib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью