“Arsenal” Almaniya klubunun müdafiəçisi ilə anlaşdı

30.08.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bayer"in müdafiəçisi Piero İnkape karyerasını "Arsenal"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Mənbənin məlumatına görə, London klubu 23 yaşlı kolumbiyalını 6 milyon avroya icarəyə götürəcək. Razılaşmaya futbolçunun hüquqlarının 46 milyon avroya alınması öhdəliyi də daxil olacaq.

Futbolçunun "Bayer" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, İnkape ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью