“Arsenal” argentinalı hücumçunu transfer edir

09.04.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“İnter”in futbolçusu Lautaro Martinesi “Arsenal” transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 125 milyon avro ödəməyə hazırdır. Futbolçunun bazar dəyəri “transfermarkt” portalına görə 95 milyon  avro qiymətləndirilir.

Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm 41 matçda 19 qol və 6 məhsuldar ötürməyə imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью