“Arsenal” Artetanın müqaviləsini uzatdı

07.10.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


İngiltərənin “Arsenal” futbol klubu baş məşqçisi ispaniyalı Mikel Artetanın müqaviləsini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə uzunmüddətlidir.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, 44 yaşlı Arteta 2019-cu ildən bəri “Arsenal”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 22 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqası titulunu qazanıb.
Artetanın rəhbərliyi altında “Arsenal” həmçinin 2020-ci ildə FA Kubokunu, üç Super Kubok (2020, 2023, 2026) qazanıb və 2025/26 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib.
İspaniyalı mütəxəssis “Arsenal”a keçməzdən əvvəl Pep Qvardiolanın “Mançester Siti”dəki məşqçilər heyətinin üzvü olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью