“Arsenal” Avropa çempionunu transfer etmək istəyir

09.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PSJ-nin futbolçusu Fabian Ruis karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” ispan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Arsenal” 28 yaşlı oyunçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. Klublar arasında yaxın günlərdə danışıqlar başlayacaq.

Fabian İspaniya yığması ilə Avro-2024-ün qalibi olub. Onun “transfermarkt”da dəyəri 35 milyon avrodur.

Ruis 2022-ci ildən PSJ-də çıxış edir. O, Fransa Liqa 1-də 48 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью