Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Arsenal” klubu Almaniyanın “Ayntraxt” komandasının hücumameyilli yarımmüdafiəçisi Jan-Matteo Bahoyanı transfer etmək niyyətindədir.
QOL.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı fransalı futbolçunu yaxından izləyir və onu gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. “Ayntraxt”ın isə gənc oyunçu üçün 70 milyon avroya qədər məbləğ tələb etdiyi vurğulanır.
Qeyd edək ki, cari mövsümdə Bundesliqada 11 oyunda iştirak edən Bahoya 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Frankfurt təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.