Arsenal Barkola transferində geri addım atmır

09.08.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Arsenal" klubu Fransa təmsilçisi PSJ-nin cinah yarımmüdafiəçisi Bredli Barkolanı yenidən transfer siyahısına daxil edib.

Fanat.Az xəbər verir ki, futbolçunun nümayəndələri London klubu ilə əlaqə saxlayaraq onların bu transferə marağını öyrəniblər.

"Topçular" gənc ulduzla maraqlansalar da, Paris klubunun tələb etdiyi yüksək məbləği ödəmək niyyətində değillər.

Belə ki, "Arsenal" Barkolanı "Liverpul"un daha əvvəl rədd edilən 100 milyon funt-sterlinqlik təklifindən daha aşağı qiymətləndirir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью