Arsenal Barselona ya 60 milyon avro təklif edəcək

26.04.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" fransalı oyunçunu transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

London klubu Kunde üçün 60 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü olan 26 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью