Icma.az bildirir, Fanat portalına istinadən.
İngiltərədə Liqa Kubokunun ilk finalçısı bəlli olub.
Fanat.Az xəbər verir ki, "Arsenal" yarımfinalın cavab görüşü çərçivəsində evdə "Çelsi"ni 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Ümumi hesabda 4:2 qalib gələn "topçular" beləliklə, 2018-ci ildən bəri ilk dəfə finala çıxa biliblər. Həmin il həlledici matçda onlar "Mançester Siti"yə 0:3 hesabı ilə uduzublar. Londonluların hazırkı baş məşqçisi Mikel Arteta hələ onda Xosep Qvardiolanın köməkçisi vəzifəsində çalışırdı.
Bu dəfə "Arsenal"ın finaldakı rəqibi bu gecə "Mançester Siti" - "Nyukasl" görüşündə müəyyənləşəcək. "Şəhərlilər" ilk matçda "sağsağanlar"ı səfərdə 2:0 yenib.
"Arsenal" sonuncu dəfə Liqa Kubokunu 1993-cü ildə qazanıb.