Arsenal ÇLin matçına itki ilə çıxacaq

05.11.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Arsenal" Çempionlar Liqasının Liqa mərhələsində "İnter"lə görüşə itki ilə çıxacaq.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "topçular" Deklan Raysın xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb isə ingilis yarımmüdafiəçinin zədəli olmasıdır.

O, zədə səbəbindən Milandakı görüşü buraxacaq.

Qeyd edək ki, "İnter" - "Arsenal" matçı sabah keçiriləcək və oyuna Bakı vaxtı ilə 00:00-da start veriləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью