Arsenal da ciddi itki: Uzun müddət oynamayacaq

02.02.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Arsenal"da ciddi itki: Uzun müddət oynamayacaq

İspaniya millisinin və "Arsenal"ın zədəli futbolçusu Mikel Merinonun durumuna aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"ə qarşı oyunda (2:3) sıradan çıxan oyunçunun durumu ciddidir. London təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin ayaq zədəsi səbəbindən əməliyyat olunacağını açıqlayıb:

"Merinoya sağ ayağında sümük zədəsi diaqnozu qoyulub. O, yaxın günlərdə əməliyyat olunacaq və bundan sonra reabilitasiya proqramına başlayacaq. Uzun müddətli yoxluq gözlənilir".

Qeyd edək ki, Merino cari mövsüm bütün yarışlarda 33 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2024-cü ildə İspaniya millisi ilə Almaniyada keçirilən Avropa çempionatının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью