Arsenal da Qyökereş üçün mübarizəyə qoşulur

31.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sportinq"in hücumçusu Viktor Qyökereşi transfer etmək istəyənlərin sırasına daha bir nəhəng klub qatılıb.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

"Arsenal" 26 yaşlı futbolçunu heyətində görmək istəyir. London təmsilçisi qarşıdan gələn yay transferi reallaşdıra bilər.

Qyökereş "Arsenal"ın yeni idman direktoru Andrea Bertanın pərəstişkarıdır və onun təyinatı bazar günü klub tərəfindən açıqlanıb.

"Aarsenal" Qyökereşin keçidi üçün "Real", "Mançester Yunayted və "Mançester Siti" ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, Qyökereş 2023-cü ilin yayından "Sportinq"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 42 matç keçirib, 42 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью