Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Londonun "Arsenal" klubu hücum xəttini dünyanın ən yaxşı forvardlarından biri ilə gücləndirmək üçün riskli addım atır.
Fanat.Az xəbər verir ki, "topçular" "Atletiko Madrid"in ulduzu Xulian Alvaresi transfer etmək üçün inanılmaz bir mübadilə planı hazırlayıblar.
"TEAMtalk"un yaydığı məlumata görə, argentinalı forvardın qarşılığında Qabriel Jesus və Qabriel Martinelli İspaniya klubuna təklif edilə bilər. Artıq klub rəhbərliyi səviyyəsində Alvaresin gələcəyi və "Emireyts"ə gəlişi ilə bağlı ilkin müzakirələrin başladığı bildirilir.
Bu transferin baş tutması üçün "Arsenal"ın iki əsas braziliyalı ulduzundan imtina etməyə hazır olması futbol dünyasında böyük marağa səbəb olub.
Kamil Xudiyev