Arsenal dan ardıcıl 3 cü məğlubiyyət

11.04.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, lider "Arsenal" doğma meydanda "Bornmut"u qəbul edib və məğlubiyyətlə üzləşib.

11 aprel

"Arsenal" - "Bornmut" - 1:2

Qollar: V.Dyökeres, 35-pen. - E.C.Krupi, 17, A.Skott, 74

Bu, "Arsenal"ın bütün turnirlər daxil olmaqla son 4 matçda 3-cü məğlubiyyətidir. Halbuki Mikel Artetanın komandası cari mövsümün ilk 49 oyununda cəmi 3 dəfə meydandan məğlub ayrılıb. 

Qeyd edək ki, "Arsenal" 32 matçdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Ehtiyatda iki oyunu olan ən yaxın izləyicisi "Mançester Siti"nin isə aktivində 61 xal var. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью