Arsenal dan böyük transfer həmləsi: Xulian Alvares hədəfdədir

26.01.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal" hücum xəttini dünya ulduzu ilə gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, "topçular" "Atletiko Madrid"in argentinalı forvardı Xulian Alvaresi transfer etmək üçün 80 milyon funt-sterlinq xərcləməyə hazırdır.

"Football Insider"in məlumatına görə, İspaniya klubu bu məbləğ qarşılığında ulduz futbolçunun gedişinə razılıq verə bilər. Lakin Alvaresin transferi "Arsenal"ın digər hədəfi olan Entoni Qordon planlarını təxirə sala bilər. Çünki London təmsilçisi eyni transfer pəncərəsində iki böyük büdcəli keçid etməyə meyilli deyil.

Qeyd edək ki, Alvares cari mövsümdə "Atletiko"nun heyətində çıxış etdiyi 29 matçda 11 qol və 5 asistlə fərqlənib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью