Arsenal dan getməyi düşünmür

28.01.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Arsenal"dan getməyi düşünmür

"Arsenal"ın yarımmüdafiəçisi Kristian Nyorqor qış transfer pəncərəsində komandadan ayrılacağı barədə yayılan xəbərləri təkzib edib.

QOL.az "Evening Standard"a istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı futbolçu Niderlandın "Ayaks" klubu ilə adının hallanmasına münasibət bildirib.

Futbolçu London klubunda qalmaq istədiyini vurğulayıb: 

"Mən burada çox xoşbəxtəm. Klub da məndən razı olduğunu bildirib. Münasibətlərimiz qaydasındadır. İndi əsas məqsədim inkişaf etmək və Mikel Artetanın taktikasını daha yaxşı anladığımı göstərməkdir. Ümid edirəm ki, mövsümün həlledici hissəsində komandaya daha çox fayda verə biləcəyəm".

Xatırladaq ki, Kristian Nyorqor ötən yay "Brentford"dan 15 milyon funt sterlinq qarşılığında "Arsenal"a keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью