Arsenal dan vacib qələbə, Yunayted xal itirdi YENİLƏNİB

31.12.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında XIX tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Vest Hem" öz meydanında "Brayton"la üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Everton" "Nottingem Forest"i 2 cavabsız qolla məğlub edib - 2:0.

Günün ən kritik matçında lider "Arsenal" doğma meydanda Emerinin "məğlubedilməz" "Aston Villa"sını ikinci hissədə vurduğu qollarla darmadağın edib: 4:1.

"Çelsi" "Bornmut"la bacarmayıb: 2:2.

"Mançester Yunayted" isə "Old Trafford"da "Vulverhempton"a "diş keçirə bilməyib" - 1:1. 

İngiltərə Premyer Liqası
XIX tur
23:30. “Vest Hem” - “Brayton” - 2:2
23:30. “Çelsi” - “Bornmut” - 2:2
23:30. “Nottingem Forest” - “Everton” - 0:2
23:30. “Börnli” - “Nyukasl” - 1:2

​​​​​​00:15. "Arsenal" - "Aston Villa" - 4:1

00:15. "M. Yunayted" - "Vulverhempton" - 1:1

Super Liqa: “Trabzonspor” səfərdə məğlub oldu A Seriyası: Autsayderdən darmadağın Super Liqa: “Qalatasaray” turu qələbə ilə başa vurdu “Yunayted” “Aston Villa”ya məğlub oldu Bundesliqa: “Bavariya”dan darmadağın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью