“Arsenal” “düşmən”indən transfer edir Yeni Sabah

15.11.2024

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Londonun “düşmən” klubları “Arsenal” və “Tottenhem” arasında futbolçu transferi reallaşa bilər. “Topçular” “göyərçinlər”in heyətindən Dejan Kulusevskinin keçidində maraqlıdır.

Yenisabah.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçinin transferi üçün “Tottenhem” 55 milyon avro tələb edir. Zədələrə görə ön xəttə ciddi problemlər yaşayan “Arsenal” üçün 24 yaşlı futbolçunun keçidi olduqca önəmli görünür. 

İsveç millisinin də formasını geyinən Dejan Kulusevski komandasının əsas hücum silahlarından hesab olunur. Eyni vaxtda həm hücum, həm də yarımmüdafiə mövqeyində oynaya bilən Kulusevski olduqca universal futbolçudur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью