Arsenal ekvadorlu müdafiəçi üçün 52 milyon avro ödədi

25.06.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Arsenal" "Bayer"dən icarəyə götürdüyü Pyero İnkapyenin transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə çempionunun mətbuat xidməti məlumat yayıb.

Ekvador milli komandasının üzvü ilə uzunmüddətli müqavilə imzalanıb. Bu keçid "topçular"a 52 milyon avroya başa gəlib.

Qeyd edək ki, "Arsenal" Pyero İnkapyeni 2025-ci ilin sentyabrında icarəyə götürmüşdü. 24 yaşlı mərkəz müdafiəçisi London təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью