Arsenal ən məhsuldar oyunçunu hədəfə aldı

16.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı

"Arsenal" "Brügge"nin cinah oyunçusu Xristos Tsolisi heyətinə qatmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, London klubu 24 yaşlı yunan futbolçunun transferi ilə bağlı Belçika təmsilçisi ilə razılığa gəlib. Keçidin dəyəri 40 milyon avro olacaq.

Qeyd edək ki, Tsolis ötən mövsüm Belçika çempionatında 36 oyunda meydana çıxaraq 17 qol vurub və 23 məhsuldar ötürmə edib. O, "qol + məhsuldar ötürmə" göstəricisinə görə liqanın ən məhsuldar futbolçusu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью