“Arsenal” evdə, “Tottenhem” səfərdə qalib gəldi

25.04.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

“Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib. Gərgin keçən görüşdə “topçular” rəqibini minimal hesabla məğlub edib – 1:0.

Cari mövsümdə istədiyi nəticələri əldə edə bilməyən “Tottenhem” isə səfərdə “Vulverhempton”un qonağı olub. London təmsilçisi azarkeşlərini sevindirə bilib. Matç “spurs”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmalarda “Liverpul” “Kristal Pelas”ı, “Fulhem” “Aston Villa”nı, “Vest Hem” isə “Everton”u məğlub edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

A Seriyası: “Latsio” “Napoli” səfərindən 3 xalla qayıdır Bundesliqa: “Dortmund” səfərdə, “Bayer” evdə məğlub oldu Super Liqa: “Qalatasaray” turu qalib başa vurdu “İnter”dən inamlı qələbə Super Liqa: “Fənər” “Rizəspor”la bacarmadı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью