Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubunun futbolçusu Fermin Lopes İngiltərə təmsilçisi "Arsenal"ın diqqət mərkəzinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
"Topçular" 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün Kataloniya klubuna 100 milyon avrodan çox təklif etməyi planlaşdırır. Bundan əlavə, keçid baş tutacağı təqdirdə hazırkı İngiltərə çempionu oyunçunun maaşını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Xatırladaq ki, Fermin Lopes cari mövsüm "Barselona"da 6 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.