Arsenal Fransa millisinin üzvü üçün hərəkətə keçdi

25.12.2024

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Arsenal" qışda heyətini fransalı ilə gücləndirəcək. 

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi PSJ və Fransa millisinin üzvü Randal Kolo Muanini heyətinə qatmağı planlaşdırır.

Artıq tərəflər arasında razılıq əldə olunduğu iddia edilir. İngiltərə təmsilçisi fransızı icarəyə götürəcək. PSJ-də əsas heyət uğrunda rəqabətdə uduzan Muani bir neçə təklif arasında "Arsenal"a keçməyə üstünlük verib.

Qeyd edək ki, Muani 2024/2025 sezonun əvvəlində "Ayntraxt"dan (Frankfurt) PSJ-yə 95 milyon avro qarşılığında keçmişdi. 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью