Arsenal heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək

10.05.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Arsenal" yarımmüdafiəçi ilə danışıqlar aparıb və transferlə bağlı razılıq əldə edib.

Daha əvvəl mətbuatda Zubimendi ilə "Real Madrid" və "Mançester Siti"nin də maraqlandığı bildirilmişdi.

Bu mövsüm yarımmüdafiəçi "Real Sosyedad"ın heyətində 44 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Sabiq “Beşiktaş”lı “Hatayspor”u tərk edib Premyer Liqada ayın məşqçisi müəyyənləşdi “Liverpul”un üzvü ayın ən yaxşısı seçildi Premyer Liqada mövsümün oyunçusu məlum oldu "Bayer" Xabi ilə vidalaşdı - Rəsmi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью