“Arsenal” hücumçuya görə “Sportinq”ə 75 milyon avro ödəyəcək

17.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Arsenal" "Sportinq"in mərkəz hücumçusu Viktor Qyokeresin transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə A Bola məlumat yayıb.

Mənbənin sözlərinə görə, ingilis klubu 26 yaşlı futbolçu ilə 8,3 milyon avro maaşla 4 və ya 5 illik müqavilə imzalayıb. "Sportinq"ə isə 75 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 52 qol vurub və 13 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью