Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Arsenal” yeni mövsüm üçün ilk transferini edib.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi “Real Sosyedad”dan Martin Subimendini heyətinə qatıb. 26 yaşlı futbolçunun transferi bu yaxınlarda rəsmən açıqlanacaq.
“Arsenal” bu transferə görə “Real Sosyedad”a 51 milyon avro ödəyəcək.
Subimendi La Liqanın başa çatan mövsümündə 36 matça çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.