Arsenal ın 60 milyonluq təklifinə yox dedilər

05.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal" transfer bazarında gözlənilməz rədd cavabı ilə qarşılaşıb.

Fanat.Az "Foot Africa" nəşrinə istinadən xəbər verir ki, Fransa təmsilçisi "Lill" londonluların gənc yarımmüdafiəçi Əyyub Buaddi üçün etdiyi 60 milyon avroluq ilk rəsmi təklifi geri çevirib.

Fransa klubu 18 yaşlı mərakeşli istedad üçün ən azı 70 milyon avro tələb edir.

Buaddini heyətinə qatmaq istəyən "topçular" transfer yarışında tək deyillər. Gənc ulduz uğrunda "Çelsi", "Liverpul", "Mançester Yunayted", "Real Madrid" və PSJ kimi Avropanın ən böyük klublarının da ciddi mübarizə apardığı bildirilir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью