Arsenal ın azarkeşləri və futbolçularından Liverpul a çempionluq təbriki

11.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Arsenal"ın azarkeşləri və futbolçuları "Liverpul" futbolçularını matçdan öncə alqışlayaraq çempionluq münasibətilə təbrik ediblər.

Oxu.Az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Enfild"də oynanılan qarşılaşmadan əvvəl baş tutub.

Qeyd edək ki, mersisayd klubu artıq ötən tur çempionluğunu rəsmiləşdirib. Cari mövsümdə onun ən yaxın izləyicisi isə məhz "topçular" olublar. Matç öncəsi komandalar arasındakı xal fərqi 13 xal (83/67) təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью